“ABŞ və Çin aralarındakı gərginliyi azaldıblar”- BLİNKEN

“ABŞ və Çin münasibətlərdəki gərginlik dərəcəsini azaltmağa nail olublar”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, Vaşinqtonla Pekin arasındakı münasibətlər üçüncü ölkələrə də təsir edir və Çinlə aralarındakı gərginliyin azalması onların da marağındadır.

Dövlət katibi onu da qeyd edib ki, Vaşinqton və Pekin arasında bundan sonra nə baş verəcəyi ilə bağlı davam edən rəqabət var. Blinken bu  rəqabətin münaqişəyə çevrilməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

8 yaşlı qız 70 milyonluq sərvətdən imtina etdi, ayaqyalın gəzən dərviş oldu-

Sonrakı məqalə

Bakıda 9 yaşlı uşaq 7 yaşlı dayısı oğlunu tüfənglə vurub