Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“ABŞ və İran bir neçə həftəyə nüvə sazişi ilə bağlı razılığa gələ bilər”

User 27 Avqust 2022 - 10:27 (Last updated: 21 May 2025 - 20:15)
GettyImages-1094870946

“Yaxın bir neçə həftədə Vaşinqton və Tehran İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası ilə bağlı razılığa gələ bilər”.

Azpost.info xəbər verir ki, “Bloomberg” bu barədə məlumatlı mənbəyə istinadən yazıb.

ABŞ və Avropanın yüksək rütbəli rəsmiləri agentliyə bildiriblər ki, tərəflər razılığa həmişəkindən daha yaxındırlar.

Bununla belə, “Bloomberg”a danışan iki mənbə qeyd edib ki, ABŞ və İran bəzi əsas məsələlərdə razılığa gələ bilmir. Birləşmiş Ştatlar beynəlxalq ekspertlərin İranın nüvə sahəsində keçmiş fəaliyyətləri ilə tanış olmasını təmin etməyə çalışır. Tehran isə keçmiş prezident Donald Trampın 2018-ci ildə etdiyi kimi, gələcək ABŞ hakimiyyətinin bu sazişdən çıxacağı təqdirdə,Vaşinqtondan iqtisadi zəmanət istəyir.

Birgə Hərtərəfli Fəaliyyət Planı İran və BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya tərəfindən 2015-ci ildə imzalanıb. Tərəflər nüvə proqramını məhdudlaşdırmaq müqabilində İrana qarşı sanksiyaları ləğv etmək barədə razılığa gəliblər. Üç il sonra Tramp administrasiyası İrana qarşı sanksiya təzyiqi siyasətini bərpa edərək sazişdən çıxıb.

Azpost.info

Post navigation

Previous: Alimlər ilk dəfə beyni, ürəyi və orqanları olan embrion yetişdirib –
Next: Laçında Təcili Tibbi Yardım həkimləri fəaliyyətə başlayıb

Oxşar xəbərlər

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48

xƏBƏR

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha 2 ay uzadılıb. Bu barədə vəkil...
Read more about Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.