ABŞ və İsrail birgə hərbi təlimlərə başladı –140 təyyarə, 12 gəmi, HIMARS

ABŞ və İsrail “Juniper Oak – 2023” hərbi təlimləri keçirir. Təlimə 140 təyyarə və 12 gəmi, həmçinin HIMARS MLRS artilleriya raket sistemləri də cəlb olunub.

Bunu brifinqdə Pentaqon sözçüsü Patrik Rayder deyib.

“Bu, bizim birlikdə iştirak etdiyimiz ən böyük və ən əhəmiyyətli təlimdir. “Juniper Oak – 2023” ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz və davamlı olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub” – deyə o əlavə edib.

Qeyd edək ki, iki ölkənin hərbçiləri aviasiya və dəniz qüvvələri də daxil olmaqla, müxtəlif qoşun növlərinin cəlb olunduğu “Juniper Oak – 2023” irimiqyaslı birgə təlimlərə başlayıblar. Təlimlərdə düşmən hədəflərinə zərbələrin endirilməsi, mürəkkəb əməliyyatların icrası, həmçinin vahid komandanlıq altında birgə hərəkət olunması məşq edilir. O cümlədən, təlimlərə müxtəlif növ döyüş, kəşfiyyat və hərbi nəqliyyat təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları cəlb olunub.

Əvvəlki məqalə

“Dördayaqlı və qorxunc idi…”

Sonrakı məqalə

Eldar Mahmudov 6 min manat pensiya alır