“Dördayaqlı və qorxunc idi…”- Amerikalı rahib "cəhənnəmdə" gördüklərindən danışıb (FOTO)

Amerikalı rahib Cerald Conson cəhənnəmi gördüyünü iddia edir. Dediyinə görə, infarkt keçirdiyi zaman ölümə yaxın bir təcrübə yaşayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri yazıb.

Rahibin sözlərinə görə, infarkt anında onun ruhu bədənini tərk edib və cəhənnəmə dəhşətli “səyahəti” başlayıb.

Dünyanın mərkəzindən keçərək cəhənnəmə düşdüyünü bildirən Conson orada it kimi dörd ayaq üstə yeriyən və təpədən dırnağa qədər yanmış adam gördüyünə inanır: “Onun gözləri qabarıq və qorxunc idi, boynunda zəncir vardı. O, cəhənnəm itinə oxşayırdı. Zəncirləri də şeytanın əlində idi…”.

Dəhşətli xatirələrə baxmayaraq, Conson bu təcrübədən faydalandığını, onu incidən insanların cəzalandırılacağına ümid etmək əvəzinə, onları bağışlamalı olduğunu başa düşdüyünü deyib.

Azpost.info

Əvvəlki məqalə

Bill Geyts yeni virusun yayılacağı ilə bağlı xəbərdarlıq etdi –

Sonrakı məqalə

ABŞ və İsrail birgə hərbi təlimlərə başladı –