ABŞ və Türkiyə prezidentlərinin müşavirləri sülh sazişini müzakirə edib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bu gün İstanbulda Türkiyə prezidentinin baş müşaviri İbrahim Kalınla görüşüb.

Azpost.info bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Onlar Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyi, o cümlədən Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq cəhdini müzakirə ediblər.

Sallivan Türkiyəni Ukraynanın taxıl ixracını asanlaşdırmaqla qlobal ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq səylərinə və Rusiya tərəfindən saxlanılan ukraynalı hərbi əsirləri və iki ABŞ vətəndaşını azad etmək üçün diplomatik fəaliyyətinə görə təşəkkür ediib.

Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi müzakirə ediblər.

Sallivan və Kalın həmçinin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı irəliləyişləri müzakirə edib.

Əvvəlki məqalə

Ağadadaş Ağayevin oğlunun toyudur –

Sonrakı məqalə

Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri hansı məsələləri müzakirə edib? –