Ağadadaş Ağayevin oğlunun toyudur –FOTOLAR

Populyar müğənni, xalq artisti Ağadadaş Ağayev üçün bu gün xoş gündür. Xalq artisti oğlu Seymura toy edir. 

Azpost.info bildirir ki, bu barədə tanınmış teleaparıcı Hacı Nuran bildirib.

“Bu gün dostum, qardaşım Ağadadaş Ağayevin ocağında şad gündür. Oğlu Seymurun toyudur. Uzun illərdir oğlunun şad gününü gözləyir mənim dostum … Bu gün öz oğlunun toyunda oxuyacaq da, rəqs də edəcək … Bir ata üçün bundan gözəl gün ola bilərmi? Ağadadaş Ağayev o insanlardandır ki, minlərlə ailənin şad günündə onun rolu var. Minlərlə gəncə xeyir-dua verib, məclislərini aparıb, özəl günləri gözəl anlarla daha yaddaqalan edib. Bu gün sənət dostları da, doğmaları, qohumları da onun şad gününə şahidlik edəcək. Seymurun toyunun şən keçməsi üçün əlimizdən gələni edəcəyik “-deyə o yazıb.

 

Əvvəlki məqalə

“Dövlət orqanları tərəfindən araşdırılır” –

Sonrakı məqalə

ABŞ və Türkiyə prezidentlərinin müşavirləri sülh sazişini müzakirə edib