“ABŞ və İran arasında razılaşmada irəliləyişi alqışlayıram” –Avropa Komissiyasının prezidenti

ABŞ və İran arasında razılaşma istiqamətində irəliləyişi alqışlayıram.

Azpost.info bildirir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen paylaşımnda yazıb.

Onun sözlərinə görə, münaqişənin həqiqətən də gərginliyini azaldan, Hörmüz boğazını yenidən açan və tariflər olmadan tam naviqasiya azadlığını təmin edən bir müqaviləyə ehtiyac var.

Bununla yanaşı Leyen bəyan edib ki, İrana nüvə silahı hazırlamağa icazə verilməməlidir. “İran bölgədəki sabitliyi pozan hərəkətlərini – həm birbaşa, həm də vasitəçilər vasitəsilə – və qonşularına qarşı əsassız və təkrarlanan hücumlarını dayandırmalıdır”.

AB rəsmisi deyib ki, Avropa beynəlxalq tərəfdaşları ilə birlikdə davamlı diplomatik həll üçün bu anı ələ keçirmək və bu münaqişənin, xüsusən də təchizat zəncirləri və enerji qiymətləri ilə bağlı gərginləşməsinin qarşısını almaq üçün işləməyə davam edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.