“ABŞ “vahid Çin” siyasətinə sadiqdir” –Pentaqonun rəhbəri

“Birləşmiş Ştatlar Tayvan boğazında mövcud vəziyyəti saxlamağı planlaşdırır. Vaşinqton vahid Çin siyasətinə sadiqdir”.

Azpost.info xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

Lakin o qeyd edib ki, ABŞ Çindən Tayvan yaxınlığında artan təxribatçı və sabitliyi pozan fəaliyyət görür: “Biz əvvəlki kimi Tayvan boğazında sülhün, sabitliyin və status-kvonun qorunmasına köklənmişik. Lakin Çinin hərəkətləri Hind-Sakit Okean regionunda təhlükəsizlik, sabitlik və rifahı pozmaq təhlükəsi yaradır”.

Pentaqonun rəhbərinin sözlərinə görə, ABŞ fikir ayrılıqlarının sülh yolu ilə həllinin tərəfdarıdır: “Bura Tayvana özünümüdafiə qabiliyyətini saxlamağa kömək etmək də daxildir”.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Venesuela ilə danışıqları bərpa edir –

Sonrakı məqalə

Təhsilimiz bu müəllimlərə görə əziyyət çəkir –