Abşeron rayonunun Saray qəsəbəsində ər-arvad dəm qazından boğulub

16 Yanvar 2020 - 00:26

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fərdi yaşayış evində yaşayan bir ailənin iki üzvü – 1952-ci il təvəllüdlü Bəşirov Yusif Qovluq oğlu və onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü İsmayılova Sona İsmayıl qızı dəm qazından boğularaq ölüb.