Abşeronda “İkoş” ləqəbli qadın narkotacir tutulub- FOTO

Abşeron rayonu Mehdiabad qəsəbəsində polis əməliyyat keçirib.  

APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat nəticəsində “İkoş” ləqəbli qadın narkotacir tutulub. 

Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva saxlanılaraq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılıb.

İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Sonrakı məqalə

Nazir müavini: