Abxaziya prezidenti istefa verib.
Azpost.info bildirir ki, iqtidar və müxalifət danışıqlarından sonra onlar Saziş imzalanıb. Sazişə əsasən Abxaziya prezidenti Aslan Bjaniya istefa ərizəsi yazıb. Bu barədə Abxaziya prezidenti Aslan Bjaniyanın mətbuat xidməti məlumat yayıb.
Sazişə əsasən Hökumət binaları kompleksinin ərazisinə və kompleksinə toplaşan vətəndaşlar 19 noyabr 2024-cü il tarixində dağılışırlar. Bu bəndə əməl edilmədikdə, Abxaziya Respublikasının Prezidenti Bjaniya A.G. istefa ərizəsini geri götürür.
Abxaziya Respublikasının Xalq Məclisi – Parlamenti 19 noyabr 2024-cü il tarixdə Abxaziya Respublikasının Prezidenti Bjaniya A.G.-nin istefasına baxacaq.
Abxaziyanın vitse-prezidenti Qunba B.Z. Abxaziya Respublikasının Prezidenti vəzifəsini icra edəcək.