Ac qalmadan necə arıqlamaq olar? –İngiltərəli diyetoloq

İngiltərəli diyetoloq Tamara Uillner hesab edir ki, qidalanmada heç bir məhdudiyyət olmadan da arıqlamaq mümkündür.

Bu barədə yazan “Daily Mail” nəşri mütəxəssisin “yeməyin tərkibi onun kaloriliyindən daha vacibdir”- sözlərini yada salmaqla, diyetoloqun fikrini əsaslandıran qənaətini xatırladır: “500 kilokalori şirniyyat və peçenye ilə 500 kilokalori toyuq və avoka arasındakı fərq ancaq görünüşdə ola bilər. Eyni kalorili məzmuna sahib olsalar da toyuq və avokado bizə daha çox vitamin, mineral və lif verəcək.”

Uillner daha çox yeməklə arıqlamağın bir yolu olduğuna inanır. Bu, aşağı kalorili dietli qidaların daha çox kalorili olmasına baxmayaraq, daha sağlam alternativlərlə əvəz edilməsini tələb edir. Ekspert fikrini əsaslandırmaq üçün nümunələr göstərir: “Xüsusən də bir neçə kraker (40 kilokalori) əvəzinə az yağlı (280 kilokalorlu) bir neçə tort yerinə yarım avokado (161 kilokalori) yemək daha yaxşıdır və yaxud bir qaşıq qatıqla (410 kilokalori), yağsız südlü qəhvə və süni dalandırıcı (40 kcal) əvəzinə adi südlü qəhvə (100 kkal) və şəkərsiz bir stəkan kola yerinə (0 kkal) bir stəkan süd (110 kkal) içmək”.

Daha əvvəl avstraliyalı qidalanma mütəxəssisi Lienn Uord arıqlamaq üçün düzgün qidalanmanı əsas şərt olaraq göstərir, ac qalmaq və ya sevdiyiniz yeməklərdən imtina etməyin vacib olduğunu bildirirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda indiyə qədər 380 min nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

“Taliban” Kabildə komendant saatı elan edib