BMT İsraili Qəzzaya humanitar yardımların tam və maneəsiz daxil olmasını təmin etməyə çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında ən azı 1,1 milyon nəfərin qidası tükənib, insanlar fəlakətli aclıq təhlükəsi ilə üzləşiblər.
“Qəzzada olan bütün fələstinlilərin yarısından çoxunun qida ehtiyatları tamamilə tükənib və bu, fəlakətli aclıq təhlükəsi yaradır. Fələstinlilər dəhşətli qəzəb içindədirlər və əzab çəkirlər. İsrail humanitar yardımların tam və maneəsiz daxil olmasını təmin etməlidir”, – Quttereş deyib.
Azpost.info