Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Acqarına kofe içmək və meyvə yemək olmaz –

User 11 İyun 2023 - 07:03 (Last updated: 21 May 2025 - 20:15)
kofe

Gündəlik rasionumuzda elə qidalar var ki, onları acqarına qəbul etmək olmaz, çünki bəzi məhsulların yeyilməsi boş mədədə bir çox problemlərin yaranmasına səbəb ola bilər. Məsələn, çox vaxt səhər oyanan kimi bir fincan qəhvə içib günə enerjili başladığını düşünənlər var.

Mütəxəssislər isə acqarına qəhvə içməyin yolverilməz olduğunu deyirlər.

Həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə Azərtaca deyib: “Qəhvənin tərkibindəki kofein həddindən artıq sürətlə qandakı şəkəri qaldırır və bunun nəticəsində orqanizmdə gələcək problemlərin yaranmasına və gün ərzində susuzluqdan, baş ağrısından əziyyət çəkməyə səbəb olur. Az müddətdə alınan enerjiyə aldanıb acqarına qəhvə içmək məsləhət görülmür”.

Onun dediyinə görə, vitamin deposu adlandırılan meyvələr də boş mədəyə düşəndə fayda vermir: “Bəzi meyvələrin tərkibində həddindən artıq turşuluq olduğuna görə mədə problemi olanlarda narahatlıq yaradır. Mədəsində problem olmayanlarda isə turşuluğun səviyyəsini qaldırdığına görə qastritə və allergiyalara səbəb ola bilər. Belə tərəvəzlərə pomidoru da aid etmək olar, çünki onun da tərkibinin turşuluğu eyni reaksiyanı göstərə bilər. Məhz həmin keyfiyyətinə görə səhər acqarına onun da qəbul edilməsi zərərli nəticələrə səbəb olar”.

Acqarına mövsümi meyvələrdən olan xurmanın qəbulu da məsləhət deyil. Bundan başqa mayalı-xəmirli şirniyyatlar aclığı yatırsa da, mədədə şişkinliyə və köklüyə səbəb olur. Hazır səhər yeməkləri və fast-fudların da acqarına yeyilməsi həzm sistemində pozuntulara, immun sisteminin zəifləməsinə aparıb çıxarır.

Post navigation

Previous: 5 ayda dövlət büdcəsinə 8 milyard manat vergi daxil olub
Next: Kanada Rusiyanın müsadirə olunan təyyarəsini Ukraynaya verəcək

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30

xƏBƏR

qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
“Çıraq Humanitar və İnkişaf” İctimai Birliyi Ağdam rayonunda “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış...
Read more about QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.