5 ayda dövlət büdcəsinə 8 milyard manat vergi daxil olub

2023-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 415,8 milyon manat vergi daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 45 faiz və ya 2,6 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 4,6 milyard manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,8 faiz və ya 697,2 milyon manat artıb.

Əvvəlki məqalə

Bu gün DİM magistraturaya qəbul imtahanı (II cəhd) keçirir

Sonrakı məqalə

Acqarına kofe içmək və meyvə yemək olmaz –