Alimlər “cavanlaşdırıcı çay” kəşf ediblər. Hər gün bu çayı içən insan qocalıqdan və xəstəlikdən uzaqdır.
Alimlər bununla bağlı araşdırma aparıb.
Müəyyən edilib ki, yaşıl çayın tərkibində qan damarlarında təhlükəli hissəcikləri parçalayan Epigallocatechin Gallate (EGCG) kimi tanınan unikal bir bitki birləşməsi var. Müntəzəm yaşıl çay içmək beyin sağlamlığını yaxşılaşdıra və hətta həyatın sonrakı dövrlərində qocalmanın yavaşlamasına kömək edə bilər. Hər gün üç stəkan (hər biri 200 ilə 250 mil arasında) yaşıl çay içmək beyin sağlamlığına müsbət təsir etmək üçün kifayətdir.
Nyukasl Universitetinin tədqiqatçısı Dr.Edvard Okellonun fikrincə, həmin çaydan davamlı olaraq istifadə edilməlidir. Çünki yaşıl çay ümumi beyin gücünü artıra bilir və EGCG-bitki birləşməsi bu təsirdən məsuldur. EGCG asetilkolin səviyyələrini artıraraq işləyir, bu da müəyyən funksiyaların yaxşılaşmasına səbəb olur. Altı il ərzində 85 yaşdan yuxarı insanların çay istehlakı araşdırıldı və çay istehlakının koqnitiv funksiyalarındakı enişi yavaşlatdığı ortaya çıxdı, burada daha vacib məsələ isə çay miqdarıdır. Bu səbəbdən araşdırmada məlum oldu ki, ən azı üç fincan çay (gündə) sağlamlıq üçün faydalıdır.
Digər tədqiqatçı Dr.Michael Mosley bildirib ki, çay bir çox sağlamlıq faydalarını təmin edə bilər. Xüsusilə beyin sağlamlığı üçün əhəmiyyətli bir içkidir. Yaşıl çaya alışmaq bir qədər zaman ala bilər, bu dad əslində çayın tərkibindəki polifenollardan qaynaqlanır. Üstəlik, bu çayın idman edərkən daha çox yağ yandırmaq, əhvalı yaxşılaşdırmaq, ürək xəstəliyi və digər xəstəliklərin riskini azaltmaq kimi əlavə sağlamlıq faydaları da mövcuddur.
Mütəxəssislər yaşıl çayın müntəzəm qəbulunun da sümük sağlamlığına faydalılığını, iltihabı azaltdığını və xolesterini aşağı saldığını bildiriblər. Xüsusilə aktiv həyat sürmək, zehni məşq etdirmək və ictimai aktivliyi qorumaq da önəmlidir.