Aeroport yolunda qəzada ölən ana və övladının adları məlum olub

20 Aprel 2021 - 09:00

Bakının Sabunçu rayonunda baş vermiş yol qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.

“Ravon” markalı avtomobilin vurması nəticəsində 1993-cü il təvəllüdlü Yuniszadə Gülnar Vasif qızı və onun oğlu 2012-ci il təvəllüdlü Yusmir Yuniszadə dünyasını dəyişib, G.Yuniszadənin bacısı, 1996-cı il təvəllüdlü Cəfərzadə Fidan Vasif qızı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır.(APA)