Afrika ölkələri Nigerə hərbi müdaxilə etməyə hazırlaşır

Qərbi Afrika İqtisadi Birliyinin dövlət başçıları Nigerdə mümkün qədər tez hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər.

Bunu Kot-d-İvuarın Prezidenti Alassan Uattara birliyin sammitinin keçirildiyi Abucadan qayıdarkən deyib.

“Qərargah rəisləri məsələləri yekunlaşdırmaq üçün daha bir neçə görüş keçirəcəklər, lakin əməliyyatın mümkün qədər tez başlaması üçün dövlət başçılarının razılığı var”, – deyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Nigerdəki üsyançılar da ölkəyə hərbi müdaxilə olacağı təqdirdə, devrilmiş prezident Məhəmməd Bazumu öldürməklə hədələyiblər.

Əvvəlki məqalə

Türkiyədə baş vermiş 5 ballıq zəlzələdə 23 nəfər yaralanıb

Sonrakı məqalə

Altı ayda Bakı sakinləri mal və xidmətlərə 19 milyard manat xərcləyib