Altı ayda Bakı sakinləri mal və xidmətlərə 19 milyard manat xərcləyib

Cari ilin yanvar-iyun aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 18 milyard 965,9 milyon manat olub. Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,8 faiz artıb.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,4 faizini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri 2022-ci ilin səviyyəsindən real ifadədə 9,8 faiz artaraq 18 milyard 086,5 milyon manat olub. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz azalaraq 8 milyard 242,8 milyon manat təşkil edib.

İstehlak bazarı fərdlərin və ailələrin şəxsi istifadəsi aldıqları mal və xidmətlər üçün bazardır. Bu bazarın əsas özəlliyi ondan ibarətdir ki, satın alma səbəbləri insanın və ya ailənin öz istəyi və istifadə məqsədinə əsaslanır.

Əvvəlki məqalə

Afrika ölkələri Nigerə hərbi müdaxilə etməyə hazırlaşır

Sonrakı məqalə

Rusiya 50 ildən sonra Aya kosmik raket göndərdi –