Ağ Ev Trampın İranla danışıqlar aparmağa hazır olduğunu bəyan edib

14 Avqust 2020 - 10:38

“ABŞ Prezidenti Donald Tramp yeni bir razılaşma əldə etmək üçün İranla danışıqlar aparmağa hazırdır”.

TASS  xəbər verir ki, bu barədə cümə axşamı ABŞ prezidentinin böyük müşaviri Jared Kuşner Ağ Evdə keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, prezident Tramp bu barədə çox aydın danışıb: “Tramp həmişə insanlarla danışmaqdan məmnundur. O, razılaşmalar üzrə mütəxəssisdir”.

Qeyd edək ki, keçən həftə Tramp növbəti dəfə prezident seçiləcəyi təqdirdə, İran və KXDR ilə çox tez razılığa gələcəyini söyləyib. O, İranın həqiqətən də ABŞ-la razılaşma əldə etmək istəyində olduğunu bildirib.