Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Ağac kəsənlərə kömək edənlər də eyni cinayəti törətmiş hesab oluna bilər

User 13 Fevral 2025 - 18:40 (Last updated: 21 May 2025 - 20:15)
ali mehkeme

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən bildirilib.

İşin hallarına görə, şəxslər meşə fonduna daxil olmayan Qusar rayonu Quxuroba kəndində ağacları qanunsuz kəsərək, cəmi 1830 manat təşkil edən təbiətə xeyli miqdarda ziyan vurublar.

Birinci instansiya məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 259.1-ci maddəsinə tövsif edilib, CM-in 32.5, 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər.

Apellyasiya instansiya məhkəməsinin qərarına əsasən apellyasiya protesti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi:

Məhkəmə qərarı ilə hazırkı cinayət işində məhkumların əməlində əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsi əlamətinin, eyni zamanda, bunun davamı olaraq birgə icraçılığın olub-olmaması məsələsinə aydınlıq gətirilib.

Aşağı instansiya məhkəmələri həm qabaqcadan əlbir olan bir qrup şəxsin, həm də birgə icraçılığın mahiyyətini qəbul etdikləri məhkəmə qərarlarında düzgün şərh etməyib, Konstitusiya Məhkəməsinin qərarına düzgün istinad etməyib, nəticədə məhkumların əməlinin tövsifində yanlışlığa yol veriblər. Belə ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Buna görə də cinayətdə icraçılıq fəaliyyəti həm də Cinayət Qanununun Xüsusi hissəsinin dispozisiyasında göstərilən əməli tam, yaxud da qismən icra edən, habelə cinayətin törədilməsi prosesində icraçıya bilavasitə kömək edən şəxslər də cinayətin icraçıları sayılırlar.

Sübutlardan da görünür ki, hər iki məhkum cinayət hadisəsi baş verməmişdən öncə bir yerdə olub, hər iki şəxs qanunsuz ağac kəsmək üçün gedib, zaman və məkan baxımından bir yerdə olub. Qərarda cinayətin obyektiv cəhətinin xüsusiyyətləri açıqlanıb, onun fakültativ və zəruri əlamətləri göstərilib.

İşin hallarından göründüyü kimi, ağaclar motorla işləyən mişarla kəsilib. Həmin mişar da ağacın kəsilməsi anında yalnız bir şəxs tərəfindən istifadə oluna bilər. Yəni, iki şəxsin eyni vaxtda mişardan istifadə etməsi fiziki cəhətdən mümkün deyil. Eyni zamanda, həm istintaq orqanının, həm də məhkəmələrin müəyyən etdiyi işin hallarından da görünür ki, hər iki məhkum ağacların kəsilməsi ilə bağlı qabaqcadan razılığa gəlib, mişarı da özləri ilə daşımaqla hadisə yerinə gətirib və hazırkı ağac kəsmədən ibarət cinayət hadisəsi törədilib.

İşin faktiki hallarından da göründüyü kimi, hər iki şəxsin niyyətinin, məqsədinin ağac kəsmə olmasına baxmayaraq, yalnız məhkum X1 ağacları mişarla kəsməsi, digər məhkum X2-in isə ağacları daşıması əsasında rolların icraçı və köməkçi kimi qiymətləndirərək birgə icraçılığı istisna etmək, iştirakçılığın məram və məqsədinə zidd olub. Aşağı instansiya məhkəmələrinin məhkumların əməlinin tövsifində yanlışlığa yol verməsinin əsas səbəbi “qabaqcadan əlbir olan bir qrup şəxs” anlayışı ilə “icraçı” və “köməkçi” anlayışlarını eyniləşdirmək, eyni zamanda, cinayətin köməkçisinin də qabaqcadan əlbir olan bir qrupun üzvü olmasının mümkünlüyünü nəzərə almaması ilə bağlı olub. Belə ki, məhkumların cinayət əməli törədərkən rollarının təşkilatçı, təhrikçi, icraçı və köməkçi kimi fərdiləşdirilməsi cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs kimi qiymətləndirilməsinə maneə olan hal deyildir. Yəni, iki şəxs cinayət əməli törədərkən biri icraçı, digəri isə köməkçi olduqda da həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs kimi törədilməsi mümkündür. Qabacadan əlbir olan bir qrup halında birləşərək zaman və məkan baxımından eyni vaxtda, eyni yerdə olan şəxslərin vahid niyyətlə, rolları dəyişməklə cinayət əməlinin obyektiv cəhətini (hazırkı halda ağac kəsmə) icra etməsi, əməli qabaqcadan əlbir olan bir qrup halından çıxarmaz və iki subyektdən birini icraçı, digərini isə köməkçi kimi qəbul etmək olmaz.

Qeyd edilməsi zəruridir ki, CM-in 259.1-ci maddəsinin obyektiv cəhəti “qanunsuz ağac kəsmə (götürmə)” olmasına baxmayaraq, burada cinayət əməlinin icraçısı yalnız bilavasitə ağacı kəsən deyil, həmçinin hər bir işin hallarından asılı olaraq kənarda dayanaraq hadisə yerinə gələn şəxslər barədə qrupun digər üzvlərinə məlumat verən, qrupun digər üzvünü (üzvlərini) sığortalayan, əli ilə və ya iplə, başqa alətlə ağacın kəsilməsini asanlaşdıran, ağacın lazım olan istiqamətə aşmasına yardımçı olan, kəsilmiş və ya doğranmış ağacları kəsildiyi yerdən başqa yerə daşıyıb aparan şəxsdə icraçı hesab olunmalıdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarına əsasən, kassasiya protesti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunub.

Post navigation

Previous: Qüdsdə 9 min il yaşı olan altıbarmaqlı şamanın qalıqları tapılıb
Next: Münhen Təhlükəsizlik Konfransında nələr müzakirə olunacaq?

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.