Münhen Təhlükəsizlik Konfransında nələr müzakirə olunacaq?
Dünya liderləri üç gün davam edəcək Münhen Təhlükəsizlik Konfransı üçün "Bayerischer Hof" Hotelində bir araya gələcək.
Rəsmi bəyanatlar və yüksəksəviyyəli müzakirələr gözlənilsə də, bəlkə də, Ukraynanın gələcəyi ilə bağlı ən mühüm danışıqlar konfransın kuluarlarında baş tutacaq.
Konfrans ərəfəsində müzakirə olunan əsas mövzulardan biri ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Bavariyanın paytaxtında çoxdan gözlənilən sülh planını təqdim edib-etməyəcəyidir.
Kelloq "The Associated Press"ə bildirib ki, Ağ ev mümkün danışıqların detalları üzərində işləyir: "Münhendən qayıtdıqdan sonra biz prezidentə mümkün variantları təqdim etmək istəyirik ki, o, sülh prosesinə birbaşa qoşulduqda qarşısında hansı perspektivlərin olduğunu dəqiq bilsin".
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...