Ağcabədi icra başçısının polisdə işləyən oğlu DİN sistemindən qovulub

Ağcəbədi rayon icra hakimiyyətinin başçısı  Rafil Hüseynovun məşhur polis  oğlu  Şəhriyar Hüseynov daxili işlər orqanından qovulub.
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya daxil olub.

Qeyd edək ki, ötən il pandemiya zamanı etiraz edən vətəndaşın evinə soxulan Şəhriyar Hüseynov “Paltar geyinməsin, elə bu vəziyyətdə apar” deməsi ilə  məşhurlaşmışdı.

İctimai etirazlardan sonra Şəhriyar Hüseynov həmin vətəndaşdan və cəmiyyətdən üzrxahlıq etsə də polisdəki işində qala bilmişdi.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Şəhriyar Hüseynov növbəti dəfə polis adına yaraşmayan hərəkətlərə yol verib və bununla da daxili işlər orqanlarındakı karyerasına son qoyulub.
Onu da xatırladaq ki, Şəhriyarın qaynatası Suraxanının icra başçısı Əziz Əzizovdur.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələrində birgə təlimləri başa çatıb

Sonrakı məqalə

Ölkənin mobil telefon şirkətləri 8 ayda yarım milyard manat qazanc əldə edib –