Ağdam şəhərində 41 ailəyə mənzillərin açarları təqdim olunub

Bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

AZƏRTAC  xəbər verir ki, 41 ailə olmaqla 156 nəfər Ağdam sakini doğma yurduna qovuşub. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhər sakinləri açarları təhvil alıb, yeni mənzillərində məskunlaşıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.