Rusiya hakimiyyəti bütün xarici media qurumlarının nümayəndələrinin Qələbə Günü Paradı üçün akkreditasiyalarını ləğv edib.
Azpost.info bildirir ki, bu barədə 7 may axşamı Almaniyanın “Der Spiegel” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, redaksiya heyətinə telefonla “mövcud vəziyyətlə əlaqədar olaraq paradın işıqlandırılma formatının dəyişdirildiyi” və tədbirə yalnız Rusiya mediasının girişinin təmin ediləcəyi bildirilib.
“Der Spiegel”in qeyd etdiyi kimi, bu, 9 may paradından əvvəl xarici jurnalistlər üçün artıq verilmiş akkreditasiyaların kütləvi şəkildə ləğv edildiyi ilk dəfədir.
Əvvəllər 2026-cı il Qələbə Günü Paradının dron hücumları təhlükəsi səbəbindən kiçildilmiş formatda keçiriləcəyi bildirilirdi. 2007-ci ildən bəri ilk dəfə olaraq hərbi texnika iştirak etməyəcək.
“Yozh” Telegram kanalı da mənbələrə istinadən tədbirin yayımının təxirə salınacağını bildirib.
Bundan əlavə, 9 mayda Moskvada mobil internet xidmətinin dayandırılması planlaşdırılır. Hakimiyyət bunu şənliklər zamanı təhlükəsizlik tədbirləri ilə izah edib.