Ağdam və Laçın yolundan eyni zamanda istifadəyə razılıq verilib- XİN-dən AÇIQLAMA

Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir.

Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda açılması məsələsi ilə bağlı yerli medianın suallarına cavabında bildirib.

“Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”, – mətbuat kaitibi vurğulayıb.

Əvvəlki məqalə

XİN Ağdam-Xankəndi yolunun açılmasını mühüm irəliləyiş kimi qiymətləndirir

Sonrakı məqalə

Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayıb –