Ağdaşda “patı” satan narkotacirlər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin,eləcə də narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Binələr kənd sakini Ramil Ağammədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 22 kiloqram 350 qram olan 23 ədəd çətənə kolu, həmçinin 60 qrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini Elməddin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zakir Həsənov Kəlbəcər və Laçındakı hərbi tibb müəssisələrinə baxıb –

Sonrakı məqalə

Türkiyənin 5 vilayətində 13 yerdə yanğınlar davam edir