Ağstafada ana və 4 yaşlı qızı itkin düşüb

- FOTO
05 May 2020 - 16:35

Ağstafada ana və övladı itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Ağstafa rayon Köçəsgər kənd sakinləri – 1995-ci  il təvəllüdlü Qurbanova Aişə və övladı, 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də  yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedərək bir daha geri qayıtmayıb.

A.Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara  xal var. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub. Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94  şəhər və (070) 213-64-00, (051) 611-79-50  mobil nömrələrinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.