Ağsu və Şamaxının dağlıq ərazilərində yanğınlar başlayıb –FOTO

Ağsu və Şamaxı rayonlarının dağlıq ərazilərində yenidən yanğınlar başlayıb.

İki gün öncə Ağsu və Şamaxı ərazilərində başlayan yanğın bu gün səhər saatlarında söndürülsə də, dağlıq ərazidə əsən külək günün ikinci yarısında yanğının yenidən başlamasına səbəb olub.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Qeyd edək ki, yanğınlar əsasən Ağsu və Şamaxı rayonlarının sərhəd hissələrində qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə 4 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Avqustun 9-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək