Aİ ilə Ukrayna arasında təhlükəsizlik zəmanətləri sazişi imzalandı- DETALLAR

Avropa İttifaqı ilə Ukrayna arasında Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş bağlanıb.

Azpost.info xəbər verir ki, sənədi bu məqsədlə Brüsselə gələn Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb.

Saziş Avropanın paytaxtında keçirilən ikigünlük Aİ sammiti çərçivəsində imzalanıb. Onun gündəliyinə Ukrayna münaqişəsi və bununla bağlı məsələlər daxildir.

“Reuters”in verdiyi xəbərə görə, Aİ ilə Ukrayna arasında saziş Ukraynaya qarşı yeni təcavüz baş verəcəyi təqdirdə  Kiyev və Brüsselin 24 saat ərzində təcili məsləhətləşmələr keçirməsini nəzərdə tutur.

Razılaşma həmçinin Kiyevə silah təchizatı, hərbi təlim, müdafiə sənayesində əməkdaşlıq və minaların təmizlənməsi daxil olmaqla 9 sahədə hərbi yardımı əhatə edir. Bu proqramlar üçün konkret büdcə hələ müəyyən edilməyib. Saziş 10 il müddətinə bağlanıb.

Azpost.info

 

Əvvəlki məqalə

Nazirlərin rayonlarda vətəndaşları qəbul cədvəli açıqlanıb –

Sonrakı məqalə

“Gənclər ətraf mühitin keşiyində” layihəsi çərçivəsində Şirvanda seminar keçirilib –