Avropa İttifaqı müxalifət lideri Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya yeni sanksiyalar tətbiq etmək istəyir.
Azpost.info xəbər verir ki, “Bloomberg”in məlumatına görə, “qara siyahı”ya 35 fiziki və 2 hüquqi şəxs daxil ediləcək.
“Avropa İttifaqı Aleksey Navalnının ölümü ilə bağlı yeni sanksiyalar hazırlayır. Məhdudlaşdırıcı tədbirlər 35 fiziki və iki hüquqi şəxsə şamil ediləcək”, – məlumatda deyilir.
Agentliyin məlumatına görə, sanksiyalar məmurlara, həbsxana işçilərinə və məhkəmə sisteminə təsir edəcək.
Azpost.info