Aİ-nin müdafiə nazirləri Ukrayna üçün toplaşır- Borreldən açıqlama

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya hərbi yardım göstərməyə davam edəcək.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel birliyin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

Onun sözlərinə görə, nazirlər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər: “Vəziyyət çox pis olaraq qalır. Ukraynanın bizim köməyimizə ehtiyacı var və biz onu hərbi vəsait şəklində təmin etməyə davam edəcəyik. Nazirlər həmçinin Ukrayna ordusunun təlimi üçün yüksək səviyyəli missiyanın yaradılması ideyasını müzakirə edəcəklər”.

Borrel əlavə edib ki, digər mövzu Aİ ölkələrinin müdafiə ehtiyatları ilə bağlı olacaq: “Biz Avropanın müdafiə sənayesinə necə təkan verəcəyimizi, Avropa ölkələrini daha çox müdafiə alqı-satqısı etməyə necə təşviq edəcəyimizi müzakirə edəcəyik. Çünki ehtiyatlarımız azalır. Ukraynaya o qədər imkanlar təqdim etmişik ki, indi öz ehtiyatlarımızı artırmalıyıq”.

İclasda Ukraynanın müdafiə naziri Aleksey Reznikov iştirak edəcək.

Azpost.info

Əvvəlki məqalə

Laçın şəhəri, Zabux və Sus kəndlərinə elektrik enerjisi verilib

Sonrakı məqalə

Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olunub