Laçın şəhəri, Zabux və Sus kəndlərinə elektrik enerjisi verilib- VİDEO

Laçın şəhəri, Zabux və Sus kəndləri avqustun 26-da Azərbaycanın nəzarətinə keçəndən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirə salınmaz işlərə başlanılıb.

“AzəEnerji” ASC tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə transformatorlar, lazımı avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılaraq ölkə enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb.

Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Hazırda paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edib, digər zəruri tədbirləri həyata keçirir.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Şarl Mişellə telefonla danışıb

Sonrakı məqalə

Aİ-nin müdafiə nazirləri Ukrayna üçün toplaşır