Rusiya bir vaxtlar yerli istehsalçılar üçün ən böyük olan Avropa neft bazarında alıcılarını itirməkdə davam edir.
Azpost.info xəbər verir ki, martın 1-dən Bolqarıstan Rusiya neftinin tədarükündən imtina edib.
Bolqarıstan – ötən il embarqo tətbiq edildikdən sonra Rusiyadan dəniz yolu ilə neft almağa davam edən sonuncu Aİ ölkəsi idi.
Brüssel Bolqarıstana 2024-cü ilin sonuna qədər Rusiyadan alış-verişi davam etdirməsinə icazə versə də, ölkə hakimiyyəti neft embarqosuna vaxtından əvvəl qoşulmaq qərarına gəlib.
Bolqarıstan parlamenti müvafiq qərarı davam edən geosiyasi gərginlik fonunda Rusiyanın birbaşa maliyyələşdirməsini dayandırmaq zərurəti ilə izah edib.
Azpost.info