“Avropa İttifaqı ölkələri Rusiyaya qarşı döyüşür, Ukraynanı texnika və silahlarla təmin edir”.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Dumasının spikeri Vyaçeslav Volodin öz Telegram kanalında yazıb.
O qeyd edib ki, Ukrayna ordusu bu silahlardan Rusiya ərazisində terror aktları və dinc əhaliyə hücumlar üçün istifadə edir. Avropa liderləri isə özlərini guya bundan xəbərsiz kimi aparırlar.
Volodinin sözlərinə görə, Qərb Ukrayna qoşunlarının qanlı cinayətlərini yox, sanksiyaları müzakirə etməyə üstünlük verir: “Avropa dövlətləri və vətəndaşları məhdudiyyətlərdən əziyyət çəkirlər, bunu Aİ-də rekord inflyasiya və avrozonanın tənəzzülə girməsi sübut edir. ÜDM ardıcıl ikinci rübdür ki, azalır”.
Azpost.info
