Avropa İttifaqı Orta Asiya ölkələrinə sanksiya tətbiq edə bilər- “The Telegraph”

Avropa İttifaqı Orta Asiya ölkələrinə qarşı sanksiyalar tətbiq edə bilər. Buna səbəb bu ölkələrin Rusiyaya ticarət məhdudiyyətlərindən yan keçməyə kömək etmələridir.

Azpost.info xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, Aİ rəhbərliyi Orta Asiya ölkələrində ikili təyinatlı texnologiyalara malik malların ixracının artdığını müşahidə edib. Avropa rəsmiləri bu texnologiyaların ticarət məhdudiyyətlərini yararaq Rusiyaya daxil olmasından ehtiyat edirlər.

“The Telegraph” yazır ki, Aİ liderləri Orta Asiya ölkələrinin rəhbərlərinə sanksiyalardan yan keçməyə kömək etməyin nəticələri barədə xəbərdarlıq etmək istəyirlər: “Əgər Aİ rəhbərliyi malların Rusiyaya daxil olmasına dair sübutlar tapsa, o zaman onların öz bazarlarına çıxışını məhdudlaşdıracaqlar”.

Azpost.info

Əvvəlki məqalə

“Beş min məhbusun “Vaqner”lə müqaviləsi başa çatıb, əfv olunublar”-

Sonrakı məqalə

Ürəyin sağlam qalması üçün nə etmək lazımdır? –