Aİ Rusiyadakı seçkiləri qeyri-legitim saymadı- Borreldən AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Rusiya hakimiyyətinin seçkidə ATƏT-dən müşahidəçi dəvət etməmək qərarından təəssüfləndiyini bildirsə də, seçkini qeyri-legitim kimi tanımayıb.

Azpost.info xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik və xarici işlər üzrə Ali nümayəndəsi Jozep Borrelin bəyanatından məlum olur.

“ATƏT müşahidəçilərinin olmaması Rusiyanın bu qurum qarşısındakı öhdəliklərinə ziddir, eyni zamanda rus seçicilərini və institutlarını bu seçkiləri qərəzsiz və müstəqil qiymətləndirmək imkanından məhrum edir”, – Borrel qeyd edib.

Aİ təkcə Ukraynanın ilhaq edilmiş bölgələrində səsvermənin keçirilməsini tanımadığını bəyan edib: “Avropa İttifaqı nə Ukrayna ərazisində bu qondarma seçkilərin keçirilməsini, nə də onların nəticələrini tanıyır. Onların heç bir hüquqi qüvvəsi yoxdur və ola bilməz. Rusiyanın siyasi rəhbərliyi bu qanunsuz hərəkətlərin nəticələri ilə üzləşəcəklər”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb

Sonrakı məqalə

“Aclıq fəlakət həddinə çatıb”