Aİ Rusiyadan olan bir qrup polis və hərbçiyə sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) qadınların hüquqlarını pozduğuna və onlara zorakılıq tətbiq etdiyinə görə Rusiyadan olan bir qrup polis və hərbçiyə sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, ümumilikdə “qara siyahı”ya 9 fiziki və 3 hüquqi şəxs daxil edilib.

Sənəddə Aİ Şurası zorakılığın, o cümlədən cinsi zorakılığın geniş yayılmasından narahatlığını ifadə edib.

Sanksiyalara məruz qalanlar arasında Moskva polisinin polkovnik-leytenantı Aleksandr Fedorinov və onun tabeliyində olan İvan Ryabov, Rusiya Qvardiyasının F.E.Dzerjinski adına Əlahiddə Əməliyyat Diviziyasının komandiri, general-mayor Nikolay Kuznetsov və 90-cı tank diviziyasının komandiri, general-mayor Ramil İbatullin də var.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Çindən gələn turistlər üçün COVID-19 testlərini ləğv edəcək

Sonrakı məqalə

“Rusiyanın təcavüzü bəşəriyyətə verilən vədlərə xəyanətdir”