Avropa Komissiyası kənd təsərrüfatı bazarlarında vəziyyəti mütəmadi olaraq izləyir.
Azpost.info xəbər verir ki, bu barədə Aİ nümayəndəsi Olof Gill Rusiya və Belarusun kənd təsərrüfatı məhsullarına qarşı mümkün sanksiyalarla bağlı suala cavabında deyib.
Onun sözlərinə görə, zərurət yaranarsa, bununla bağlı qərar veriləcək.
“Avropa Komissiyası Rusiya və Belarusdan Aİ-yə kənd təsərrüfatı məhsullarının axınını daim izləyir. Biz belə tədarüklərin həm fermerlərimizə, həm kənd təsərrüfatı istehsalçılarına, həm də bütövlükdə dünya bazarına təsirini öyrənirik. Əgər belə bir ehtiyac olsa, biz konkret addımları nəzərdən keçirəcəyik”, – Gill bildirib.
Rəsmi məlumatlara görə, Rusiya kənd təsərrüfatı məhsullarının ixracına görə dünyada dördüncü ölkədir.
Azpost.info