“Aİ Şərqi Aralıq dənizi probleminin həllini istəyirsə, qərəzsiz davranmalıdır” –Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısından sonra yaydıqları bəyanata etiraz edib.

Türkiyə XİN-in sözcüsü Hami Aksoy açıqlamasında bildirib ki, Şərqi Aralıq dənizində gərginliyin səbəbkarı Yunanıstan və Cənubi Kipr Respublikasıdır (GKRY): “Burada Türkiyənin və Kipr türklərinin mənafelərinin nəzərə alınmaması cəhdlərinə Aİ-nin həmrəylik göstərməsi bu gərginliyi daha da artırıb. Ölkəmizin kontinental şelfindəki karbohidrogen fəaliyyətlərini tənqid etmək və bu fəaliyyətləri dayandırmağı tələb etmək Aİ-nin səlahiyyətində deyil. Bu səlahiyyətin olmaması Aİ Ədalət Məhkəməsi tərəfindən də təsdiq olunub. Odur ki, bu tələb həm Aİ-nin öz müddəasına, həm də beynəlxalq hüquqa ziddir”.

Diplomat onu da vurğulayıb ki, bu məsələdə Türkiyə hər zaman dialoqa hazır olduğunu bildirsə də, Aİ-nin sanksiya tətbiqinə tərəfdarlığı mövcud problemin həllinə ciddi şəkildə mane olur: “Türkiyə əleyhinə qurulan bütün ittifaqlara rəğmən özünün və Kipr türklərinin mənafeyini qorumağa qətiyyətlə davam edəcək. Ai Şərqi Aralıq dənizində bir həll yolu istəyirsə, Yunanıstan və Cənubi Kipr Respublikasının mövqeyinin doğru olmadığını görməli, qərəzsiz davranmalı və vicdanlı vasitəçi olmalıdır”.

Qeyd edək ki, Aİ-yə üzv ölkələr Türkiyənin Şərq Aralıq dənizindəki qazma-kəşfiyyat əməliyyatlarını dayandırmayacağı halda rəsmi Ankaraya sanksiyalar tətbiq edəcəyini bildirib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Macarıstan öz sərhədlərini xarici vətəndaşlara bağlayır

Sonrakı məqalə

Ermənilər Fikrət Əmirovun məşhur müsiqisini oğurlayıblar –