AİB: Azərbaycanın cari əməliyyatlar hesabının builki kəsiri ÜDM-in 5,1%-ni təşkil edəcəkPROQNOZ

2020-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbəti 5,1% təşkil edəcək.

“Economics”in məlumatına görə, bu barədə AİB-in “Asian Development Outlook” (ADO) adlı yenilənmiş sentyabr hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, bu, aprel ayında verilən proqnozdan 9,5 faiz bəndi azdır. 2021-ci ildə isə cari əməliyyatlar hesabı yenidən profisitə qayıdaraq ÜDM-in 4,5%-nə bərabər olacağı gözlənilir. Bu, əvvəlki proqnozdan 1,8 faiz bəndi azdır.

AİB-in məlumatına görə, düzəlişlər qismən pul köçürmələri, əsasən isə neft hasilatının azalması və turizm sektorunun çökməsi səbəbindən edilib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 3%-ni və ya 598,2 mln. ABŞ dolları təşkil edib. 2019-cu ilin yekunlarına görə, sözügedən göstərici 9,1%-ə bərabər idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

Ağstafada bələdiyyə sədri barəsində cinayət işi başlanıb