Avrasiya İqtisadi İttifaqı (AAİ) ölkələri hələ də vahid valyuta məkanını tətbiq etməkdən uzaqdır.
Azpost.info xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankından bildirib.
“Bu, çox əziyyətli iş tələb edir. Bu sual son on ildə, Aİİ yarananda gündəmdə idi. Gözümüzün qarşısında Aİ-nin təcrübəsi var – vahid valyuta məkanının formalaşması, avronun dövriyyəyə buraxılması. Amma biz vahid valyutanın tətbiqinə hazır olmaqdan çox uzağıq”, – bankdan bildirilib.
O da qeyd olunub ki, bu gün təcili vəzifə vahid ödəniş məkanının yaradılmasıdır: “Bu, digər məsələlərlə yanaşı, Aİİ ölkələri ilə azad ticarət zonasının tərəfdaşları arasında effektiv qarşılıqlı fəaliyyətə mane olan sanksiyalara görə aktualdır. İran, Misir, Vyetnam, Hindistan, Sinqapur və Çinlə vahid ödəniş məkanı yaradılmalıdır”.
Azpost.info