Aİİ və İran arasında azad ticarət sazişinin ratifikasiyası təsdiqləndi

Rusiya Federasiya Şurası Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlər və İran arasında azad ticarət haqqında sazişin ratifikasiyası haqqında qanunu təsdiqləyib.

Azpost.info xəbər verir ki, sənəd 2023-cü il dekabrın 25-də Sankt-Peterburqda imzalanıb.

Razılığa gələn tərəflər arasında azad ticarət zonasının yaradılması haqqında 17 may 2018-ci il tarixli sazişi müvəqqəti olaraq əvəz etməlidir.

Saziş Aİİ və onun üzv ölkələri ilə İran İslam Respublikası arasında Ümumdünya Ticarət Təşkilatının qaydalarına mümkün qədər yaxın ticarətin əsas qaydalarını formalaşdırır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.