Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Ailə vəziyyətinə görə ayrı-seçkilik yolverilməzdir” –

User 01 Aprel 2025 - 21:19 (Last updated: 21 May 2025 - 20:15)
gulsen

Mənim xəbər aparıcısı kimi fəaliyyət göstərdiyim dövrdə jurnalistlər xalqla səmimi ünsiyyətdə idi. Sadəcə, üzərimizə düşən məsuliyyəti yerinə yetirməyə çalışırdıq, şöhrət qazanmaq haqqında düşünmürdük. Efirdə nitq mədəniyyəti və davranış qaydalarına dərindən bələd idik. Əsas prinsipimiz ictimai qınaq idi. Hər sözümüzə, hər hərəkətimizə xüsusi diqqət yetirirdik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış aparıcı, Əməkdar artist Gülşən Əkbərova deyib.

Onun sözlərinə görə, keçmiş və hazırkı dövr tamamilə fərqlidir.

“O zaman televiziya kanallarının sayı məhdud idi, bu sahədə olan yükü çiyinlərimizdə daşımaqdan qürur duyurduq. İndi isə həm ənənəvi televiziya kanalları, həm də internet televiziyaları çoxalıb. Dövr dəyişib, aparıcılıq bir növ dəbə çevrilib. Təəssüf ki, bəzi aparıcılar şöhrətdən sui-istifadə edirlər. Hazırda bu sahədə qeyri-ixtisaslaşmış, hətta ali təhsil almayan şəxslər də fəaliyyət göstərir. Bəzilərinin nitq mədəniyyəti demək olar ki, yox səviyyəsindədir, danışıq qabiliyyəti zəifdir, söz ehtiyatı kasaddır və efirə lazımi hazırlıq olmadan çıxırlar. Bu cür aparıcıların səsləndirdiyi bəzi fikirlər haqlı olaraq cəmiyyətin tənqidinə səbəb olur. İnsanları ailə vəziyyətinə görə fərqləndirmək, onları ayrı-seçkiliyə məruz qoymaq yolverilməzdir. Burada əsas məsələ təhsil deyil. Axı Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin, M.Ə.Sabirin jurnalist kimi ali təhsili yox idi, amma onlar necə böyük irs yaratdılar! “Molla Nəsrəddin” jurnalını cəmiyyətə ərməğan etdilər. Təhsil, sadəcə, diplomla ölçülməməlidir. İnsan öz əməlləri və fəaliyyəti ilə savadını sübut etməlidir”,- deyə G.Əkbərova əlavə edib.

Post navigation

Previous: Etibar Məmmədovun 70 illik yubileyi qeyd edilib
Next: Almaniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Oxşar xəbərlər

bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
prezident administrasiya qebul
  • Sosial

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

User 27 Oktyabr 2026 - 18:17
AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48

xƏBƏR

bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
Baş ağrısının şiddəti həmişə onun nə dərəcədə təhlükəli olduğunu göstərmir. Çünki orta dərəcəli, lakin qəfil başlayan ağrı...
Read more about Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi
Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq” putin zelenski
  • Dünya

Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq”

User 27 Oktyabr 2026 - 20:29
2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq burcler
  • Maraqlı

2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq

User 27 Oktyabr 2026 - 20:22
Telefonun şarjı zamanı bu səhvi etməyin – batareya və elektronika zədələnə bilər telefon sarj
  • Maraqlı

Telefonun şarjı zamanı bu səhvi etməyin – batareya və elektronika zədələnə bilər

User 27 Oktyabr 2026 - 20:14
İran ali rəhbəri müharibənin bitməsi üçün şərtlərini irəli sürdü – Xameneidən Hörmüz boğazı mesajı mucteba xameneyi
  • Dünya

İran ali rəhbəri müharibənin bitməsi üçün şərtlərini irəli sürdü – Xameneidən Hörmüz boğazı mesajı

User 27 Oktyabr 2026 - 19:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.