Aktrisa Valeri Harper vəfat edib

Amerika aktrisası Valeri Harper vəfat edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 80 yaşlı aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi. Harper “Meri Tayler Murun Şousu”, “Valeri” və başqa sitkomlardakı rollarına görə məşhurlaşmışdı. 

Aktrisa karyerası boyu dörd dəfə “Emmi” mükafatına və bir dəfə “Qızıl Qlobus”a layiq görülüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan:

Sonrakı məqalə

90 yaşlı xalq artisti Roza Cəlilova: