Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Alatavada evləri uçuran “Melissa Grup”un rəhbəri qandallandı –

User 29 Mart 2025 - 14:15 (Last updated: 21 May 2025 - 20:15)
melisa qrup

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovla bağlı məhkəməyə təqdimat daxil olub.

AzPost APA-ya istinadən xəbər verir ki, təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.

İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

**

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan ekskavatorun sürücüsü ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub.

Eynullayev Qala Seymur oglu barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəlsi ilə ittiham verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.

Post navigation

Previous: “Birbank” istifadəçilərinə bəd xəbər: komissiya tutulacaq
Next: Ruslar kütləvi şəkildə motosiklet alırlar

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
Baş ağrısının şiddəti həmişə onun nə dərəcədə təhlükəli olduğunu göstərmir. Çünki orta dərəcəli, lakin qəfil başlayan ağrı...
Read more about Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi
Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq” putin zelenski
  • Dünya

Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq”

User 27 Oktyabr 2026 - 20:29
2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq burcler
  • Maraqlı

2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq

User 27 Oktyabr 2026 - 20:22
Telefonun şarjı zamanı bu səhvi etməyin – batareya və elektronika zədələnə bilər telefon sarj
  • Maraqlı

Telefonun şarjı zamanı bu səhvi etməyin – batareya və elektronika zədələnə bilər

User 27 Oktyabr 2026 - 20:14
İran ali rəhbəri müharibənin bitməsi üçün şərtlərini irəli sürdü – Xameneidən Hörmüz boğazı mesajı mucteba xameneyi
  • Dünya

İran ali rəhbəri müharibənin bitməsi üçün şərtlərini irəli sürdü – Xameneidən Hörmüz boğazı mesajı

User 27 Oktyabr 2026 - 19:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.