Aleksandr Ata ilə vida mərasimi keçirilir –

FOTO
13 İyun 2021 - 11:06

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə (Aleksandr Ata) vida mərasimi keçirilir.

Vida mərasimi Rus Pravoslav Kilsəsində keçirilir.

Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra iyunun 10-da vəfat edib.

Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Teoloji Akademiyasını bitirən Aleksandr İşein 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopu təyin edilib. Aleksandr İşeinin 2012-ci ildən dərəcəsi arxiyepiskop olub.

Din xadimi kimi səmərəli fəaliyyəti qiymətləndirilən Arxiyepiskop Aleksandr 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edilib, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.