“Aleksey Navalnının vəziyyəti sabitləşib” –Həkim

Rusiyalı bloger Aleksey Navalnının vəziyyəti sabitləşib.

Bunu Omsk xəstəxanasının həkimi bildirib.

Onun sözlərinə görə, A. Navalnının vəziyyətini sabitləşdirməyə nail olublar.

“Bu, ehtiyatlı proqnoz əlamətidir”, – deyə həkim vurğulayıb.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnı Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra A. Navalnının komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Belarusda müxalifətin Koordinasiya Şurasının yaradılması ilə bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

Ölkədə daha 139 nəfər koronavirusa yoluxub –