Ali Məhkəmənin təqaüdə göndərilən 7 hakiminin adı bəlli oldu –

SİYAHI
24 Fevral 2020 - 14:37

Ötən il Ali Məhkəmənin təqaüdə göndərilən hakimlərinin adları açıqlanıb.

Məhkəmə-Hüquq Şürasından “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 7 hakim son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

Bunlar Əli Rüstəmov, İmran Hacıqayıbov, Fərhad Əliyev, Tatyana Qoldman, Ənvər Şadıyev, Əsəd Mirzəliyev və Gülzar Rzayevadır.