Koronavirusu İrana kimin gətirdiyi məlum oldu –Xəstələrin sayı 60-ı keçdi

İranda yeni koronavirusa yoluxanların sayı indiyədək 60 nəfəri keçib. Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini, doktor İrəc Hərirçi mətbuat konfransında deyib.

Koronavirusa yoluxmaqda şübhəli bilinənlərin sayı 900 nəfərə çatıb.

Hərirçi əlavə edib ki, bu virus nəticəsində indiyədək 12 nəfər ölüb.

Nazir müavini bildirib ki, Qum şəhərində vəziyyət stabilləşib. Qumda koronavirusla əlaqədar iki xəstəxana fəaliyyət göstərir.

Hərirçi deyib ki, yeni koronavirus iranlı iş adamı vasitəsi ilə İrana gəlib. Belə ki, İran və Çin arasında uçuşlar dayandırıldığı vaxtda həmin şəxs başqa bir ölkə vasitəsi ilə Çinə gedib. Həmin iş adamı virus nəticəsində dünyasını dəyişib. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycandan İrana uçuşlar davam etdiriləcək

Sonrakı məqalə

Ali Məhkəmənin təqaüdə göndərilən 7 hakiminin adı bəlli oldu –